AZ

"Tehran təcili olaraq qonşuları ilə münasibətləri yaxşılaşdırmalıdır" - Pezeşkian

"Ermənistan, Azərbaycan və Türkiyə İranla qarşılıqlı əməkdaşlıq üçün böyük potensiala malik ölkələrdir".

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkian bildirib ki, Tehran təcili olaraq qonşuları ilə münasibətləri yaxşılaşdırmalıdır. Bu regional əlaqələrin gücləndirilməsi Qərbin sanksiyalarının təsirini minimuma endirməyə kömək edə bilər:

"Qonşularımızla münasibətləri gücləndirsək, sanksiyalar səmərəsiz olacaq. Bu gün biz qonşularımız və region ölkələri ilə hər zamankından daha çox əlaqələri yaxşılaşdırmalıyıq", - İran Prezidenti qeyd edib. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr