Qapalı və sərt idarəetmə sistemi ilə tanınan Çin "Qərbin əxlaqi tənəzzülünün simvolu və Qərbin bataqlığı" kimi ifadələrlə tənqid etdiyi “OnlyFans” platformasına girişi rəsmi olaraq bloklayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu ilin əvvəlində yaşanan qısamüddətli bir inkişaf nəticəsində “OnlyFans” Çində VPN istifadə etmədən əlçatan olmuşdu. Bu ani giriş azadlığı bəzi istifadəçilər arasında siyasət dəyişikliyi ola biləcəyi ilə bağlı həyəcan yaratmış, Çinin sərt “Böyük Təhlükəsizlik Divarı” siyasətində çat yarandığına dair şərhlərə səbəb olmuşdu.
Lakin bu maraq dalğası uzun sürmədi. İyulun ortalarında platformaya giriş yenidən qadağan edildi və rəsmilər “OnlyFans”-ə qarşı tənqidlərini daha da sərtləşdirdi. Verilən açıqlamada platformanın sadəcə qeyri-etik deyil, eyni zamanda Çinin əsas dəyərləri ilə tam ziddiyyət təşkil etdiyi vurğulandı.