AZ

Hacıyev dünya reytinqində ikinci yerə yüksəlib, Heydərov altıncı pillədə

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) dünya reytinqində ikinci yerə yüksəlib.

İdman.biz xəbər verir ki, dünya çempionatının bürünc mükafatçısı və bu yaxınlarda Universiadada gümüş medal qazanan Hacıyev reytinqdə yalnız yaponiyalı Sanşiro Muraoya uduzur.

Hidayət Heydərov (73 kq) isə reytinqin birinci pilləsini əldən verib. Olimpiya çempionu altıncı yerə geriləyib.

Paris-2024-ün digər qalibi Zelim Kotsoyev (100 kq) hazırda üçüncü mövqedə qərarlaşıb. Zelim Tçkayev (81 kq) isə ikinci yerdədir.

Balabəy Ağayev (60 kq) doqquzuncu, Ruslan Paşayev (66 kq) isə ilk 16-lıqda yer alıb. Uşangi Kokauri (+100 kq) onuncu yerdədir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr