Bakues.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Birgə yoxlama nəticəsində “The Farm” adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı məlum olub.
IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına təhvil verilib.
IDEA İctimai Birliyi vətəndaşları bir daha ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimi faktların şahidi olduqda IDEA İctimai Birliyinin “Təbiətə Təcili Yardım” proqramı çərçivəsində fəaliyyət göstərən “1113” qaynar xətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyə çağırır.