AZ

Sven Ulrayx daha bir il “Bayern”də qalacaq

Almaniya çempionu “Bayern” qapıçısı Sven Ulrayx ilə razılıq əldə edərək, oyunçu ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən məlumat verir:

Klub 36 yaşlı qolkiperin müqaviləsini 1 il müddətinə, 2026-cı il iyunun 30-dək uzadıb.

Sven Ulrayx “Bayern”ə 2015-ci ildə “Ştutqart”dan gəlib. Daha sonra, 2020-ci ildə münhenlilər Ulrayxı “Hamburq”a transfer ediblər. 2021-ci ildə isə Ulrayx azad agent qismində “Bayern”ə qayıdıb.

Geridə qalmış mövsümdə Ulrayx “Bayern”in heyətində cəmi 2 oyuna çıxıb, 1 qol buraxıb, 1 oyunda qapısının toxunulmazlığını təmin edib. Ulrayxın Almaniya nəhənginin heyətində ümumi statistikası isə belədir: 103 oyun, 117 buraxılmış qol, 34 “quru” oyun.

Ulrayx “Bayern”lə 9 dəfə Bundesliqanın, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Ulrayx Almaniya yığmasına dəvət alsa da, debüt imkanı almayıb.

Seçilən
1
arena.az

1Mənbələr