Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətinin Novoplatonovka kəndini atəşə tutub.
Bu barədə Bakues.az Ukrayna KİV-inə istinadən məlumat verir.
“Hücum nəticəsində beş mülki şəxs həlak olub, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, – nəşr Xarkov vilayəti polisinin məlumatına istinadən bildirir.
İlkin məlumata görə, bu gün günorta saatlarında edilən hücumda reaktiv yaylım atəşi sistemlərindən istifadə edilib.