Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirən "Turan Tovuz" bu gün növbəti yoxlama oyununu keçirəcək.
"Cebheinfo.az" xəbər verir ki, rəqib qardaş ölkənin I Liqa təmsilçisi "Keçiörengücü" olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Təmsilçimiz ilk oyunda "Çorum"la heç-heçə edib - 1:1.
Qeyd edək ki, "Turan Tovuz" bu gün İranın "Traktor" klubu ilə üz-üzə gəlməli idi. Lakin müxtəlif səbəblərdən matç baş tutmayıb.
"Cebheinfo.az"