AZ

Etibar Əliyev təhsil eksperti statusundan imtina etdi - EKSKLÜZİV

"Mən artıq təhsil eksperti yükünü və məsuliyyətini öz üzərimdən götürürəm".

Bu sözlər AzEdu.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev söyləyib. 

O qeyd edib ki, artıq bu sahədə fəaliyyət göstərməyəcək: "Mən elmlə məşğulam və elmin populyarlaşdırılması istiqamətində fəaliyyət göstərirəm. Bu, çox vacib və əhəmiyyətli bir sahədir. Şagirdlər və tələbələr üçün elmin əlçatan olmasına çalışıram.

Yaxın vaxtlarda elmin populyarlaşdırılması ilə bağlı saytımız da fəaliyyətə başlayacaq

"Bu baxımdan, mən təhsil eksperti adından rəsmi şəkildə imtina edirəm və fəaliyyətimi sırf elmi istiqamətdə davam etdirəcəm. Sosial şəbəkə hesabımda müxtəlif elmi kitabları təbliğ edirəm. Düşünürəm ki, gələcəkdə “mütaliə klubu” layihəsi də reallaşdırılmalıdır".

Seçilən
12
3
azedu.az

4Mənbələr