«Kəpəz» Namiq Qədirovun İdarə Heyətinin sədri postundan gedişindən sonra sponsor axtarışlarını gücləndirib.
Yeni maliyyə qaynaqları tapmağa çalışan gəncəlilər hazırda ölkədə fəaliyyət göstərən tanınmış şirkətlərdən biriylə danışıqlar aparır.
Aldığımız məlumata görə, görüşmələr intensiv keçir və tərəflər anlaşmağa çox yaxındır. Hər şey bu cür sonuclansa, «sarı-göylər» 250-300 min manat civarında əlavə gəlir əldə edəcək.
Nizami yurdunun təmsilçisi bugünlərdə banklardan biriylə sövdələşib. Bu anlaşma minimum 1 il qüvvədə qalacaq.
N.Qədirov cari ilin mayında İdarə Heyətinin sədri postuna gətirilmişdi.
Fəqət, yönətimlə arasındakı ciddi fikir ayrılığı iş adamının buradakı fəaliyyətinin uzunömürlü alınmasını əngəllədi, bu ayın əvvəlində vəzifəsi ilə vidalaşdı.
İsveçrədə yaşayan biznesmenin buradan ayrılması ilə «Kəpəz»in büdcəsi ən azı 1 milyon manat azalmış oldu. Çünki SOCAR-ın sabiq məsul əməkdaşı sağollaşdığı kluba maliyyə dəstəyini də dayandırdı.
SPORTİNFO.AZ