AZ

Çema Andres “Ştutqart”a keçdi, “Real” 3 milyon avro qazandı

İspaniyanın “Real” (Madrid) klubunun mərkəz yarımmüdafiəçisi Çema Andres bundan sonra “Ştutqart”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti açıqlama yayıb.

İspaniyalı 20 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Ştutqart” bu transfer üçün “Real”a 3 milyon avro ödəyib.

“Levante”nin yetirməsi olan Çema Andres 2018-ci ildən “Real”ın sistemində idi. O, bu ilin yanvarında İspaniya nəhənginin əsas komandasında debüt etmişdi. Gənc futbolçu Madrid klubunun əsas komandasında keçirdiyi 3 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Andres İspaniyanın U-18 və U-19 yığmalarında da oynayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.

Seçilən
2
arena.az

1Mənbələr