Rusiya-ABŞ münasibətlərinin normallaşması prosesində yavaşlama var, hər iki tərəfdən təkan lazımdır.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əlbəttə, yavaşlama var, hələlik normallaşma prosesi "nə yaxşı, nə pis" gedir. Daha böyük dinamika görmək istərdik, biz bunda maraqlıyıq. Lakin irəliləmək üçün iki tərəfdən təkan lazımdır", - o deyib.
D.Peskov onu da qeyd edib ki, Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın Ukrayna nizamlanması üçün müəyyən etdiyi müddəti 50 gündən 10-12 günə qədər azaltması, həmçinin bu məsələ ilə bağlı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda daha maraqlı olmadığı barədə bəyanatlarını nəzərə alıb.
.