Yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə sabahdan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun Lökbatan dairəsindən Ələt qəsəbəsindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsinə qədər olan 50 kilometrlik hissəsində maksimum sürət həddi 110 km/saatdan 90 km/saatadək endiriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, eynisəviyyəli, nizamlanmayan piyada keçidlərinin yerləşdiyi hissələrdə isə sürət limiti 70 km/saat olacaq. Hazırda ərazidə yeni yol nişanlarının quraşdırılması işləri davam edir.
Sürücülərə yeni tələblərə əməl etmələri tövsiyə olunur.