AZ

Ucar və Tərtərdə yanğın oldu

BAKI, 29 iyul. TELEQRAF

Ucar və Tərtər rayonlarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teıeqraf-a verilən xəbərə görə, Ucar rayonunun Rəstəcə kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin və ona bitişik sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikilililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Tərtər rayonunun Kəbirli kəndində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 12 m² sahədə və 10 paq.m çəpər yanıb.

Tikilinin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
4
teleqraf.com

1Mənbələr