AZ

Tailand və Kamboca təmas xəttinə qoşun yeritməyəcək: razılaşma əldə olunub

Bakı. Trend:

Tailand və Kamboca ordularının nümayəndələri aparılandanışıqlarda təmas xəttinə müvəqqəti olaraq qoşunlar yerləşdirməməkbarədə razılığa gəliblər.

Trend xəbər verirki, bu barədə Tailand KİV-ləri məlumat yayıb.

Tailand Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Vintay Suvaribildirib ki, tərəflər bundan başqa atəşkəsin müvəqqəti tətbiqi,hərbi səfərbərliyin dayandırılması və fövqəladə hallarda qarşılıqlıkommunikasiya kanallarının açılması barədə razılığa gəliblər.

Hər iki tərəf - Tailand və Kamboca müdafiə nazirləriningörüşünədək hərbi əməliyyatları dayandırmaq qərarına gəlib. Bugörüş Tailand-Kamboca Baş Sərhəd Komitəsinin avqustun 4-dəKambocanın paytaxtı Pnompendə keçirilməsi planlaşdırılan iclasıçərçivəsində baş tutacaq.

Bundan əvvəl,Tailand və Kamboca ordularının nümayəndələriimzalanmış atəşkəs sazişinin icrası üzrə danışıqlarabaşlamışdılar.

Qeyd edək ki, Tailand və Kamboca arasında baş verəntoqquşmalarda azı 35 nəfər həlak olub, 300 mindən çox insan təxliyəolunub.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr