İsrailin mərkəzində yerləşən Tinshemet Mağarasında alimlər ən azı 100.000 il əvvələ aid insan qalıqlarının olduğu dünyanın ən qədim məzarlığını aşkar ediblər. Arxeoloqlar tərəfindən tapılan beş insan qalıqları arasında iki tam skelet, üç kəllə və müxtəlif sümüklər var. Qalıqların bilinçli şəkildə, cenin pozasında dəfn edilməsi onların dəfn mərasimlərinin qədim rituallar əsasında həyata keçirildiyini göstərir.
News24.az xəbər verir ki, alimlər bu tapıntının Homo sapiens və neandertalabənzər insan növlərinin bir dövrdə birgə yaşadığını və onların müxtəlif dəfn ənənələri olduğunu sübut etdiyini bildirirlər. Mağarada 500-dən çox bazalt daşı, heyvan sümükləri və qırmızı pigmentlər də aşkar edilib. Bu əşyaların gündəlik istifadədən kənar olub, simvolik və ya dini məqsədlərlə istifadə edildiyi ehtimal edilir.
Araşdırma Nature Human Behavior jurnalında dərc olunub və bu kəşf insan tarixində dəfn və ölümə münasibətdə mühüm mərhələ kimi qiymətləndirilir.
Xeyrənsə Piriyeva