AZ

Millinin baş məşqçisi 2-ci Liqa klubuna oyunçu yığır

2-ci Liqa təmsilçisi "Quba" yeni mövsümdə 1-ci Liqaya yüksəlmək uğrunda mübarizə aparacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik heyətin formalaşdırılması üçün təcrübəli veteranın köməyinə ehtiyac duyub.

Belə ki, hazırda Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasını çalışdıran Aqil Nəbiyev bölgə təmsilçisinə futbolçu yığır. Onun "Quba"da hansı vəzifəni tutduğu dəqiq bilinməsə də, bu klubda idman direktoru funksiyasını yerinə yetirir.

Xatırladaq ki, "Quba" ötən mövsüm 2-ci Liqada 4-cü yeri tutaraq 1-ci Liqaya yüksəlmək uğrunda pley-off matçında oynamaq hüququ qazanmışdı. 1-ci Liqada 9-cu olan "Difai" ilə üz-üzə gələn kollektiv 1:3 hesabı ilə uduzaraq 2-ci Liqada qalmışdı.

Nihat

Seçilən
14
1
fanat.az

2Mənbələr