Kreml, Trampın Ukraynada münaqişənin nizamlanması üçün “vaxtın qısaldılması” və təmaslara maraq göstərməməsi ilə bağlı bəyanatını nəzərə alıb.
Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində deyib.
"Rusiya, ABŞ prezidentinin bəyanatlarına baxmayaraq, öz maraqlarını qorumaq məqsədilə xüsusi hərbi əməliyyatları davam etdirəcək, lakin münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Hazırda Rusiya və ABŞ arasında Yeni START Müqaviləsinin uzadılması ilə bağlı heç bir əlaqə yoxdur. İkitərəfli münasibətlərin mövcud vəziyyəti buna imkan vermir", - deyə o qeyd edib.
Peskov Putinlə Trampın görüşünün gündəmdə olmadığını bildirib.
"Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü hazırda gündəmdə deyil. Rusiya Federasiyası ABŞ-ylə münasibətləri inkişaf etdirməkdə maraqlıdır, lakin bu, yalnız Rusiyadan asılı olan bir proses deyil.Trampın bəyanatlarına və nizamlanma üçün vaxtı qısaltmaqla bağlı təhdidlərinə baxmayaraq, Rusiya Federasiyası xüsusi hərbi əməliyyatlarını tam şəkildə davam etdirəcək".