AZ

Qardaşına səsləndi: Haqqımız sənə haram olsun

Son günlər ailəsi ilə yaşadığı problemlər səbəbindən gündəmdən düşməyən müğənni və aktyor Özcan Dəniz növbəti dəfə qardaşı Ercan Dənizlə bağlı sərt açıqlama verib.

Publika.az xəbər verir ki, Özcan Dəniz sosial media hesabındakı paylaşımında qardaşını tənqid atəşinə tutub.

"Ay canım qardaşım (“böyük qardaşım deyəcəkdim)! Mənə haqqını halal eləmisən. Nankorluq etdiyin mən, haqqını oğurladığın oğlum, bizi ayırmağa çalışdığın, böhtan atdığın həyat yoldaşım, 35 ildir hər ehtiyacını təmin edən sənayedə hər kəsə atdığın böhtana görə minlərlə insanın adından deyirəm, haqqımız sənə haram olsun!”, - deyə müğənni yazıb.

Seçilən
28
publika.az

1Mənbələr