AZ

"Azərbaycan-Rusiya münasibətlərində gərginliyin davam etməsi Moskvadan asılıdır" – Zaur İbrahimli

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Azərbaycan-Rusiya münasibətlərində mövcud gərginliklə bağlı fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Zaur İbrahimli bildirib ki, Azərbaycan ABŞ və İranla münasibətlərdə də daim qarşı tərəfin konstruktiv mövqe sərgilədiyi hallarda əməkdaşlığa açıq olduğunu nümayiş etdirib. Onun sözlərinə görə, Rusiya da bu təcrübədən nəticə çıxarmalı və ilk addımı özü atmalıdır:

"Bakının məsələyə yanaşmasının gələcəkdə də dəyişməyəcəyi gözlənilir. Gərinliyin başlıca səbəbi ölkəmizə qarşı qeyri-dost hərəkətlər və Rusiya kütləvi informasiya vasitələrində sistemli şəkildə aparılan anti-təbliğat başlıca amillərdəndir. AZAL şirkətinə məxsus mülki təyyarənin vurulması ilə bağlı yeni faktların açıqlanmasına baxmayaraq, rəsmi Moskva hələ də susur. Təcrübəyə əsaslanaraq bu məlumatların artıq səhih olduğunu demək mümkündür, əks halda, Rusiya rəsmiləri çoxdan təkzib edərdilər. Kremlin səssizliyi rəhbərliyin bu məsələ ilə bağlı mövqeyinin və yanaşmasının dəyişmədiyini göstərir."

 

Pərvanə Fərhadqızı

Seçilən
14
qht.az

1Mənbələr