AZ

MDU-da Tədqiqat və İnkişaf İnstitutu yaradılır

Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ yanaşmaların təşviqi istiqamətində növbəti addım atılıb. Universitetin yeni elmi təşəbbüsü çərçivəsində Tədqiqat və İnkişaf İnstitutu yaradılır.

AzEdu.az xəbər verir ki, yeni institutun əsas məqsədi regionun spesifik imkan və ehtiyaclarını nəzərəm alaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, həmçinin dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılmasıdır. Bununla yanaşı, institut bu istiqamətlərdə ixtisaslaşmış elmi kadrların hazırlanmasını da öz fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihəyə Ramil Həsənov rəhbərlik edir. O, “Detal Holdinq” və “Azəralüminium MMC” kimi sənaye müəssisələrində çalışmış, Azərbaycanda və İspaniyanın Xaen Universitetində də ali təhsil almışdır. R.Həsənov həmçinin Avropa və Asiyanın müxtəlif ölkələrində — o cümlədən “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” kimi qabaqcıl şirkətlərində elmi-praktiki təcrübə toplamış təcrübəli tədqiqatçıdır. İnstitutun elmi istiqaməti və rəhbər heyətinin potensialı nəzərə alındıqda, bu qurumun MDU-da dayanıqlı və regiona xas tədqiqatların aparılması, sənaye-təhsil əməkdaşlığının gücləndirilməsi və beynəlxalq səviyyədə tanınan elmi nəticələrin əldə olunması baxımından mühüm töhfə verməsi gözlənilir.

Qeyd edək ki, bu təşəbbüs MDU-nun elm və tədqiqat prioritetlərinə uyğun olaraq, regionun innovativ inkişafına dəstək verməklə, Azərbaycanın elmi-iqtisadi mühitinə dəyərli bir əlavə olacaq.

Seçilən
0
2
azedu.az

3Mənbələr