AZ

İran XİN: "Tehran Qəzza üzrə danışıqlara qarışmır"

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi jurnalistlərəaçıqlamaverərkən söyləyib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın bu baxımdan iddiası əsassızdır.

"Tehran Fələstinin HƏMAS qruplaşmasına bu məqsədlə hər hansı göstəriş verməyib. Donald Tramp belə bir iddianı irəli sürməklə öz məsuliyyətindən yayınmağa çalışır. Ümumiyyətlə isə, HƏMAS-ın danışıqlarla əlaqədar bu və ya digər üçüncü tərəfin müdaxiləsinə ehtiyacı yoxdur. O, məzlum Qəzza xalqının maraqlarını ən münasib surətdə tanıyaraq həyata keçirir",- Bəqayi vurğulayıb.

Donald Tramp sözügedən iddianı dünən Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmerlə görüşünün yekununda dilə gətirib. O, jurnalistlərin diqqətinə çatdırıb ki, İsrail və HƏMAS arasında ötən həftə nəticəsiz başa çatan axırıncı danışıqlara Tehranın müdaxiləsi aşkarlanıb.

“İran İsraillə 12 günlük müharibədən bəri HƏMAS-a siqnallar, əmrlər verib. Bu, yaxşı deyil",- deyən ABŞ lideri "əmrlər"in təfərrüatını açıqlamayıb.
HƏMAS terrorçuları humanitar yardımı yağmalayırlar |VİDEO

Digər tərəfdən, İsmayıl Bəqayi öz ifadələrində "HƏMAS-ın məzlum Qəzza xalqına can yandırdığını" söyləsə də, İsrail Ordusunun yaydığı bir videodan görünür ki,reallıq tam əksinədir.Belə ki, iranyönümlü HƏMAS terror təşkilatının yaraqlıları qəzzalılar üçün göndərilən humanitar yardımları ələ keçirirlər.

"Hərçənd HƏMAS yalan iddia irəli sürüb ki, videodakı şəxslər təhlükəsizlik işçiləridir, amma açıq-aydın görünür: onlar sakinlərin yardım payını qamarlayan terrorçulardır. HƏMAS əhalinin ehtiyaclarına məhəl qoymur. Bu video aydın sübutdur ki, Qəzzaya humanitar yardımın çatdırılmasında əsas maneə məhz HƏMAS-dır",- məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az
Seçilən
9
1
azvision.az

2Mənbələr