AZ

Dövlət şirkəti 82 milyon manata yaxın gəlirə qarşı, 5 milyon manat xalis mənfəət əldə edib

"Azərpoçt" MMC 2024-cü ili 5 milyon 33 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 5 milyon 547 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Azərpoçt"un xalis mənfəəti 514 min manat və ya 9,3% azalıb.

Marja.az xəbər verir ki, "Azərpoçt"un cəmi əsas əməliyyat gəlirləri 2023-cü ildə 47 milyon 35 min manat ikən, 2024-cü ildə 49 milyon 571 min manata yüksəlib. Cəmi gəlirlərin yüksəlməsi digər gəlirlərin artması ilə əlaqədardır. Şirkətin 2024-cü ildə poçt xidmətləri və maliyyə xidmətləri üzrə gəlirləri təxminən 2023-cü il səviyyəsində olub.  

Ötən il "Azərpoçt" şirkətinin investisiya qiymətli kağızlarından əldə olunan gəlir və digər gəlirlər daxil olmaqla cəmi gəlirləri 81 milyon 626 min manat, cəmi xərcləri 76 milyon 593  min manat təşkil edib. 

2024-cü ildə "Azərpoçt" MMC-nin əməliyyat, inzibati və digər xərcləri artdığı üçün xalis mənfəəti azalıb.

Seçilən
9
marja.az

1Mənbələr