AZ

Azərbaycanın süd və qaymaq idxalına çəkdiyi xərc 27% artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 8 min 38 ton süd vəqaymaq idxal edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsulun idxalına 13,1 milyon ABŞdolları xərc çəkilib.

Süd və qaymaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 1 434 ton və ya 21,7%, dəyər ifadəsi ilə 2,8 milyon ABŞdolları, yaxud da 27,2% artıb.

Belə ki, ötən ilin ilk altı ayı ərzində Azərbaycana 6 min 604ton miqdarında, 10,3 milyon ABŞ dolları dəyərində süd və qaymaqidxal edilmişdi

Hesabat dövründə idxal olunmuş süd və qaymaq bu ilin birinciyarısında idxal olunmuş məhsulların 0,11%-ini təşkil edib.

Hesabat dövründə ixrac edilən pambıq ipliyinin ümumi ixracdapayı 0,1%, qeyri-neft sektoru üzrə ixracda payı isə 0,74% olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
1
az.trend.az

1Mənbələr