AZ

QHT-lər, media və süni intellekt mövzusunda panel keçirilib

QHT-lər, media və süni intellekt mövzusunda panel keçirilib

Çapar-Milli İrsin Tədqiqi Mərkəzinin təşkilatçılığı ilə “QHT-lər, media və süni intellekt” mövzusunda panel keçirilib.

Azərbaycan milli mətbuatının 150-ci ildönümünə həsr olunan paneldə yeni rəqəmsal çağırışlar dövründə medianın süni intellektdən istifadəsinin texniki və etik tərəfləri müzakirə olunub.

Azərbaycan Milli QHT Forumunda baş tutan tədbirdə Çapar-Milli İrsin Tədqiqi Mərkəzinin rəhbəri Dilqəm Əhməd süni intellektdən gündəlik həyatın hər sahəsində istifadənin genişlənməkdə olduğunu bildirib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli süni intellekt dövründə cəmiyyətin maarifləndirilməsi, etik dəyərlərin qorunması və dezinformasiyaya qarşı mübarizədə daha fəal olmağa çağırıb.

Panelin spikerləri – APA TV-nin direktoru Orxan Məmmədli, Oxu.az saytının yazarı Kübra Məhərrəmova və süni intellekt üzrə mütəxəssis Ümid Salay yeni rəqəmsal çağırışların faydalı və zərərli tərəfləri haqqında çıxış ediblər.

Panel müzakirə və sual-cavab şəklində davam edib.

Panel çərçivəsində Çapar-Milli İrsin Tədqiqi Mərkəzi tərəfindən Azərbaycan mətbuat tarixinə dair nadir orijinal materialların sərgisi də keçirilib.

Seçilən
6
afn.az

1Mənbələr