AZ

Bu ölkə ABŞ və Aİ arasındakı ticarət sazişini TƏNQİD ETDİ

Fransa, ABŞ və Avropa İttifaqı arasında əldə olunan yeni ticarət sazişini sərt şəkildə tənqid edib. Reutersin məlumatına görə, Paris bu razılaşmanı Vaşinqtona "tabeçilik" kimi qiymətləndirib və onun qeyri-bərabər mahiyyətinə diqqət çəkib.

News24.az xəbər verir ki, Fransa Baş naziri Fransua Bayrou sosial şəbəkə X-də yazıb:

“Ortaq dəyərləri təsdiqləmək və ümumi maraqları müdafiə etmək üçün birləşən azad xalqların birliyinin təslim olmaq üçün istefa verdiyi qaranlıq gündür”.

Razılaşma barədə Fransa Prezidenti Emmanuel Makron hələ rəsmi mövqe bildirməyib.

İyulun 27-də ABŞ Prezidenti Donald Tramp Şotlandiyadakı səfəri zamanı Vaşinqton və Brüsselin yeni ticarət sazişi əldə etdiyini açıqlamışdı. Sazişə əsasən, Aİ ABŞ-dan 750 milyard dollarlıq enerji alacaq, ABŞ isə Aİ-dən idxal olunan malların bir çoxuna 15%-lik rüsum tətbiq edəcək.

Bloomberg isə mənbələrə istinadla yazır ki, Avropa İttifaqı bu razılaşmaya ABŞ-ın Ukraynaya dəstəyini tamamilə dayandıracağından ehtiyat etdiyi üçün razılıq verib.

Xeyrənsə Piriyeva

Seçilən
25
news24.az

1Mənbələr