Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2024-cü ili 116,938 milyon manat mənfəətlə başa vurub.
Bu, 2023-cü illə müqayisədə 3,3 dəfə çoxdur.
Ötən il DSMF-nin məcburi dövlət sosial sığorta haqqından gəlirləri 63,525 milyon manat (əvvəlki ilə nisbətən 54,5 % çox), digər gəlirləri 118,962 milyon manat (14,8 % çox), faiz gəlirləri 106,003 milyon manat (5,4 dəfə çox), sığorta ödənişləri 10,748 milyon manat (32,9 % az), köhnəlmə və amortizasiya xərcləri 5,001 milyon manat (10,9 % az), əmək haqqı, maaş və əlaqəli ödənişləri 98,354 milyon manat (10,8 % çox), ümumi inzibati xərcləri 12,727 milyon manat (10 % çox), investisiya gəliri üzrə xərcləri 39,432 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə ehtiyatı üzrə xərcləri 1,839 milyon manat (25,5 % az), sair xərcləri isə 3,451 milyon manat (23,9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə DSMF-nin aktivləri 10 milyard 47,578 milyon manat olub ki, bu da illik müqayisədə 27 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 25,9 % artaraq 9 milyard 842,791 milyon manata, balans kapitalı isə 2,3 dəfə artaraq 204,787 milyon manata çatıb.