AZ

"Aeroflot" iyulun 29-da Şeremetyevo hava limanında 53 reysi ləğv edib

"Aeroflot" iyulun 29-da Moskvanın Şeremetyevo hava limanından 22 reysi və paytaxta istiqamətlənən 31 reysi ləğv edib.

“Report”un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu, hava limanının onlayn-lövhəsində göstərilən məlumatlar sübut edir.

Söhbət aviaşirkətin öz reysləri və törəmə aviaşirkəti "Rossiya" ilə birgə həyata keçirilən reyslərdən gedir.

“Bir gün əvvəl planlaşdırılmış günlük proqramın təxminən 80 %-i yerinə yetirilib”, - şirkət əlavə edib.

Cədvəldəki düzəlişlər, o cümlədən ləğvlər, əsasən Moskvadan və geriyə reysləri əhatə edib - proqramın regional hissəsi tam şəkildə yerinə yetirilib.

Əvvəlki gün "Aeroflot"un İT infrastrukturu geniş miqyaslı kiber hücuma məruz qalıb ki, bu da şirkətin reyslərinin kütləvi gecikməsinə və ləğvinə səbəb olub.

Seçilən
0
3
report.az

4Mənbələr