Sfera.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanı İsraillə əlaqələri yalnız Fələstin dövlətinin yaradılmasından sonra normallaşdıra bilər.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri, şahzadə Faysal Bin Fərhan bildirib.
O əlavə edib ki, bu mövqe dəyişməz olaraq qalır və yalnız Fələstin dövlətinin yaradılması, Fələstin xalqının qanuni hüquqlarının tanınması ilə davamlı sülhə və real regional inteqrasiyaya nail olunmaq mümkündür.
Səudiyyə Ərəbistanının xarici işlər naziri əlavə edib ki, Qəzzada insanlar daim ölür, əzab çəkir və dağıntılar baş verirsə, normallaşmadan danışmaq mənasızdır.
Firuzə Əliyeva
Sfera.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.