AZ

“Slaviya”nın sabiq üzvü Azərbaycan klubunda – SON DƏQİQƏ – ÖZƏL

Ötən mövsümü “Səbail”də keçirən Fərid Nəbiyevin yeni klubu bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli oyunçu karyerasını I Liqada davam etdirəcək. O, “Şəfa” ilə razılığa gəlib. Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilə bağlanacaq.

26 yaşlı yarımmüdafiəçi bu günə qədər Azərbaycan Premyer Liqasında 90 oyunda forma geyinib, 12 qol vurub, eyni sayda assist edib. O, “Turan Tovuz”, “Kəpəz”, “SƏbail” və “Slaviya” (Praqa) kimi klublarda çıxış edib.

Seçilən
1
1
idmanxeber.az

2Mənbələr