Sumqayıt 2 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin 28 iyul 2025-ci il tarixli qərarı ilə Sumqayıt 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
QHT.az xəbər verir ki, 28 iyul 2025-ci il tarixindən etibarən Sumqayıt şəhəri üzrə vətəndaşlar Sumqayıt 2 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Sumqayıt 2 saylı mediasiya təşkilatının məlumatları:
- Ünvan: Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, giriş 86A
- Email: [email protected]
- Telefon: +994 (50) 623 81 17