AZ

Dövlətə 10 min ziyan vuran məktəb direktoru barədə QƏRAR verildi

Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyeva apellyasiya məhkəməsinə üz tutub.

2023-cü ilin dekabr ayından məktəbə rəhbərlik edən və 2023-cü ildə haqqında cinayət işi açılan məktəb direktoru haqqında olan hökmə xitam verilməsini istəyib.

Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən məktəb direktoru 2 il müddətinə ev həbsinə məhkum edilib, ona, həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifədə çalışmaq qadağası qoyulub.

İttihama görə, Almaz Əliyeva musiqi məktəbində 14.320,57 manat məbləğində əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla qulluq mövqeyindən istifadə edib xeyli miqdarda büdcə vəsaitini israf etməklə talayıb. Daha sonra ekspert rəyinə əsasən, onun dövlətə vurduğu məbləğ 10854,14 manat məbləğində müəyyən edilib.

O, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, vurulmuş maddi ziyan tam ödənilib. O, əlavə olaraq cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edib, həmçinin ekspertiza xərclərinin də ödənişlərini həyata keçirib. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmə onun şikayətini təmin edib və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilib.

©modern.az

Seçilən
0
6
valyuta.az

7Mənbələr