AZ

Rusiya XİN-dən ABŞ-nin adaları Rusiyadan almaq fikrinə SƏRT REAKSİYA

Zaxarova ABŞ polkovnik-leytenantının adaları Rusiyadan almaq fikrinə cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova amerikalı polkovnik-leytenant Cefri Fritsin Komandor adalarını Rusiyadan almaq fikrinə münasibət bildirib. O, Vətənin satışını ən dəhşətli cinayətlərdən biri adlandırıb.

“Bu, prinsipial olaraq şərh edilməməlidir, çünki ölkəmizdə Vətənin satılması həm qanun, həm də vicdan baxımından ən dəhşətli cinayətlərdən biri hesab olunur”, – Zaxarova bildirib.

O əlavə edib ki, “Əgər Fritsin bu cür pulu varsa, o, Amerikanı yenidən böyük edə bilər və ən azı ABŞ-nin milli borcunun bir hissəsini qismən ödəyə bilər”.

Bundan əvvəl ABŞ Ordusunun Təhlükəsizlik Komandanlığının tərkibində Estoniyada xidmət edən Frits Vaşinqtona Çin sualtı qayıqlarını izləmək üçün Komandor adalarını Rusiyadan almağı təklif etmişdi.

O, bu barədə “Breaking Defense” nəşri üçün yazdığı məqalədə qey edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
interpress.az

1Mənbələr