İyulun 29-na keçən gecə Rusiya qoşunları, ehtimal ki, səkkiz FAB hava bombasından istifadə etməklə Ukraynanın Zaporojya bölgəsinə bir sıra zərbələr endiriblər.
Zərbələrdən biri cəzaçəkmə müəssisəsinə dəyib. İlkin məlumatlara görə, 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Bütün zərərçəkənlərə tibbi yardım göstərilir.Bu barədə Zaporojya Vilayət Hərbi İdarəsinın (VHİ) rəhbəri İvan Fedorov özününTelegram kanalında bildirib.
Hücum nəticəsində qurumun binaları dağıdılıb, yaxınlıqdakı fərdi evlərə ziyan dəyib.
Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak koloniyaya zərbə endirməsini “Rusiyanın növbəti hərbi cinayəti” adlandırıb və vurğulayıb ki, “Sərt iqtisadi və hərbi tədbirlərlə Putin rejiminə son qoyulmalıdır, əks halda Avropada müharibə təhlükəsi real olaraq qalacaq”.
Almaz Həsənli