AZ

"Masdar" Azərbaycanda günəş və külək enerjisi üzrə layihələrin gerçəkləşdirilməsinin gedişatı barədə danışıb (ÖZƏL)

Bakı. Trend:

“Masdar” və “SOCAR Green” üç layihə üzərində işləyir: Biləsuvar(445 meqavatt) və Neftçala (315 meqavatt) günəş elektrikstansiyaları, eləcə də, Abşeron-Qaradağ külək layihəsi (240meqavatt).

Bunu Trend-ə özəlmüsahibəsində “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin direktoruMurad Sadıxov bildirib.

Sadıxov qeyd edib ki, Biləsuvar və Neftçala günəş elektrikstansiyaları üzrə ilkin layihələndirmə işləri aparılır.

“Artıq mühəndis araşdırmaları, təchizat və tikinti işləri (EPC)üzrə podratçı seçilib, o sahədə səfərbər olub və ilkin tədqiqatlarıtamamlayıb”, – deyə o qeyd edib.

Sadıxov vurğulayıb ki, hər iki stansiyanın – Biləsuvar vəNeftçala – ilkin enerji təminatına, yəni şəbəkəyə qoşulmasına vəelektrik enerjisi istehsalına gələn ilin ortalarında başlanacağıplanlaşdırılır.

O əlavə edib ki, şirkət “Abşeron-Qaradağ” külək elektrikstansiyası üçün külək resurslarının ölçülməsi kampaniyasını davametdirir.

“12 aylıq ölçmə mərhələsini başa çatdırmalıyıq, bu, ilinsonunadək planlaşdırılır. Bundan sonra mühəndis araşdırmaları,təchizat və tikinti (EPC) işləri üzrə podratçının seçilməsi prosesibaşlayacaq. Tikinti işlərinə 2026-cı ilin əvvəlində başlamağıplanlaşdırırıq. Bu, ilkin və mühəndis işlərinin yekunlaşmasındanasılıdır, lakin bütün işlərin 2027-ci ilin sonuna qədərtamamlanması nəzərdə tutulur”, – deyə Sadıxov yekunlaşdırıb.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr