İsveçin “Saab” şirkəti Çexiya Müdafiə Nazirliyindən mobil qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin (Mobile Short Range Air Defence – MSHORAD) tədarükü üçün sifariş alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 1.8 milyard SEK (186.4 milyon ABŞ dolları) təşkil edir və MSHORAD sistemlərinin çatdırılması 2028-2030-ci illər ərzində həyata keçiriləcək.
Sifarişə əsasən, “Saab”, MSHORAD-ları Çexiyanın SVOS şirkəti tərəfindən istehsal olunan MARS S-330 zirehli nəqliyyat vasitələrinə inteqrasiya edərək təhvil verəcək.
Həmçinin MSHORAD həllinə “Saab” ilə birlikdə çexiyalı tərəfdaşı tərəfindən təqdim ediləcək komanda və idarəetmə sistemi, eləcə də artıq Çexiya Silahlı Qüvvələrinin istifadəsində olan üçüncü tərəf radar sistemi daxil olacaq.
Qeyd edək ki, “Saab”ın MSHORAD sistemi mobil radar blokundan və RBS 70 NG daşınan zenit raket kompleksinə (DZRK) əsaslanan mobil atəş bölməsindən ibarətdir.