Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dünyanın ən böyük dodaqlarının sahibi kimi tanınan Bolqarıstandan olan 27 yaşlı Andrea İvanova təkcə dodaq dolğusuna təxminən 20 min funt- sterlinq xərcləyib.
O, əməliyyatdan əvvəl başlamazdan əvvəl necə göründüyünü açıqlayıb. Onun əməliyyatarı 2018-ci ildə başlayıb. O vaxtdan o, dodaq, yanaq, çənə böyütmə və çənə formasının dəyişdirilməsi kimi onlarla prosedurdan keçib.
Bununla belə, sosial şəbəkələrdəki diqqətə baxmayaraq, Andrea sevgi tapmağın onun üçün çətin olduğunu etiraf edir.
“Cebheinfo.az” xəbər verir ki, indi saytlar və sosial şəbəkələrdə onun əvvəlki fotoları paylaşılır.
"Mən şişirdilmiş formaları xoşlayıram: nəhəng dodaqlar, çoxlu dolgulu üz, ağır makiyaj", - Andrea deyir. "Adi görünüşlər darıxdırıcıdır. Mən eksantrik gözəlliyin pərəstişkarıyam, ona görə də xarici görünüşümü kökündən dəyişməyə qərar verdim".,-deyə o bildirib.
Arxiv fotolarında Andrea adi üz cizgiləri və təbii dodaqları olan gənc qızdır. İndi o, demək olar ki, tanınmaz haldadır.
Keçən il bloger eksperiment etmək qərarına gəlib. Həkiminin imtinasına baxmayaraq, bir gündə üzünün müxtəlif nahiyələrinə altı dolgu yeritdirib. Planını həyata keçirməkdə ona Almaniyada plastik cərrah kömək edib:
"Həkim daha çox hialuron turşusu yeritməkdən qorxurdu. Amma mən qətiyyətli idim:
daha çox şey istəyirəm və dayanmayacağam. Mən həkimimə güvənirəm, amma o, nekrozun inkişafından narahatdır". Nekroz kifayət qədər qan tədarükü səbəbindən baş verə bilən toxuma ölümüdür və ağır hallarda cərrahi müdaxilə tələb olunur.
Ancaq ağrı, şişlik və göyərmələrə baxmayaraq, Andrea eyni ruhda davam edəcəyinə əmindir. "Prosedurlardan keçəndə xoşbəxtəm. Mən başa düşmürəm ki, kimsə bundan niyə inciyir, hər kəsin istədiyi kimi görünmək hüququ var".
Xəzər
“Cebheinfo.az”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.