AZ

İstanbulda artıq bunu etmək OLMAZ - YENİ QƏRAR

İstanbul Valiliyi şəhər ərazisində havai fişəklərin istifadəsini qadağan edib.

Turkustan.az xəbər verir ki, qərar son günlər bu vasitələrdən istifadə zamanı baş verən xoşagəlməz hadisələrlə əlaqədar verilib.

Valilikdən verilən açıqlamada bildirilib ki, müxtəlif tədbir və şənliklərdə icazəsiz şəkildə atılan havai fişəklər ictimai narahatlıq yaradıb, bəzi hallarda isə ciddi təhlükəsizlik problemlərinə səbəb olub. Bu səbəbdən yeni qərarla artıq havai fişək istifadəsi tamamilə yasaqlanır.

Qadağa həm fiziki şəxsləri, həm də tədbir təşkilatçılarını əhatə edir. Bundan sonra heç bir tədbirdə havai fişək nümayişinə icazə verilməyəcək. Əgər hər hansı şəxs və ya qurum qaydanı pozarsa, qanunvericiliyə uyğun cərimə və inzibati tədbirlər görüləcək.

Qeyd edək ki, bu qərar ictimai təhlükəsizliyin təmin olunması, insanların rahatlığının qorunması və potensial yanğın hadisələrinin qarşısının alınması məqsədilə qəbul edilib./yenisabah.az

Seçilən
0
2
turkustan.az

3Mənbələr