AZ

Pişik tükü ölümünə səbəb oldu

Sakaryanın Sapanca rayonunda sahibsiz heyvanlara sevgisi ilə tanınan kişi, iddiaya görə, pişik tükünün ağciyərlərinə ilişməsi nəticəsində yaranan infeksiya səbəbindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Sapancanın Yanık məhəllə sakini Okan Diköz (55) sahibsiz heyvanlara qayğısı ilə yanaşı, evdə saxladığı pişiklərlə də tanınıb və sevilib. 

Təxminən 10 gün əvvəl Diköz nəfəs darlığı şikayəti ilə xəstəxanaya getmişdi. Testlər nəticəsində məlum olub ki, pişik tükləri onun ağciyərlərinə ilişib və infeksiyaya səbəb olub. Həkimlərin bütün səylərinə baxmayaraq, Okan Diközü xilas etmək mümkün olmayıb.

 Tehran,

Sitat.info

Seçilən
6
sitat.info

1Mənbələr