AZ

Kənan MM cavanlaşma proseduru etdirdi -VİDEO


Aktyor-rejissor Kənan Mahmudov (Kənan MM) Fotona 4D cavanlaşma proseduru etdirib.

Medicina.az xəbər verir ki, aktyor çəkilişlər zamanı qrimə görə üz dərisinin korlandığını bildirib:

"Serialda o qədər qrim edirdik ki, üzümün ahəngi dəyişmişdi. Məsamələr, gözaltında çökmələr, sallanmalar yaranmışdı. İndi özüm-özümü tanımıram. Möhtəşəmdir...".

Qeyd edək ki, Fotona 4D dərinin cavanlaşdırılması və möhkəmləndirilməsi üçün iynəsiz, qeyri-cərrahi lazer prosedurudur. Adətən 3–4 seans, 4–6 həftə arayla edilir. İlkin nəticələr 1-ci seansdan sonra görünür. İldə 1 dəfə təkrarlanması tövsiyə olunur.

Ətraflı videoda:


Aygün
Medicina.az


Seçilən
12
2
medicina.az

3Mənbələr