AZ

Rusiyada yaşayan və işləyən Moldova vətəndaşları ilə bağlı QƏRAR

Rusiya prezidenti Vladimir Putinin ötən həftənin sonunda imzaladığı və Rusiyada yaşayan və işləyən Moldova vətəndaşlarının həyatını asanlaşdıran qərar Moldovada böyük səs-küyə səbəb olub.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb. 

Sənəd moldovalı miqrantlara digər ölkələrdən gələn miqrantlara nisbətən əhəmiyyətli üstünlüklər verir. Rusiya ilə münasibətlərin normallaşdırılması tərəfdarları hesab edirlər ki, bu tədbir Rusiya və Moldova arasında əlaqələri gücləndirəcək.

Moldova hökumətinin nümayəndələri bu təşəbbüsü Moskvanın Moldovada bu il sentyabrın 28-də keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir etmək cəhdi kimi qiymətləndiriblər.

Qərara əsasən, Rusiyada hələ hüquqi status almamış Moldova vətəndaşları 2026-cı il yanvarın 1-dək bunu edə biləcəklər. Bundan əlavə, onlar 2025-ci il oktyabrın 1-dən 2026-cı il yanvarın 1-dək “patentsiz və səfərin məqsədindən asılı olmayaraq, barmaq izi və tibbi müayinədən keçdikləri halda” Rusiyada sərbəst işləyə biləcəklər. Moldova vətəndaşı Rusiyada işləmək üçün patent almağa qərar verərsə, 2026-cı il oktyabrın 1-dək ölkəni tərk etməli olmayacaq.

Moldovanın özündə də yeni qaydalar müxtəlif reaksiyalarla qarşılanıb. "Bu, Kremlin seçkilərin nəticələrinə təsir etmək üçün ilk və təəssüf ki, sonuncu cəhdi deyil", - deyə, Moldova prezidenti Maya Sandunun mətbuat katibi İqor Zaxarova "Kommersant"a bildirib. Onun iddialarına görə, son prezident seçkiləri və 2024-cü ilin payızında keçirilən referendum zamanı Rusiya tərəfi “çarter reysləri həyata keçirib, vətəndaşlara pul ödəyib ki, onlar “düzgün” səs versinlər”.

Seçilən
1
ikisahil.az

1Mənbələr