İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Keçiörengücü" ilə qarşılaşacaq.
Sınaq matçının Bakı vaxtı ilə saat 18:00-da start götürməsi nəzərdə tutulub.
Türkiyə hazırlığına Ankaranın Qızılcahamam bölgəsində başlayan,sonradan isə Boluya yollanan qərb təmsilçisi 6 avqusta kimi burada olacaq. Hazırlıq çərçivəsində 3 oyun keçirməyi planlaşdıran Kurban Berdıyevin komandasının rəqiblərindən birinin Cənubi Azərbaycan təmsilçisi "Traktor" olacağı gözlənilsə də, bugünə planlaşdırılan görüş baş tutmadığı üçün "Turan Tovuz" "Keçiörengücü" ilə razılığa gəlib.
Qeyd edək ki, “Turan Tovuz” Boludakı ilk sınaq matçında “Çorum”la (Türkiyə) heç-heçə edib – 1:1.