Niderland hökuməti İsrailin ifrat sağçı nazirləri – milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə ölkəyə giriş qadağası tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, Niderland hökuməti Qəzzadakı vəziyyəti dözülməz adlandırıb və İsrail səfirini Xarici İşlər Nazirliyinə çağıracaq.
Niderland həmçinin İsrailin AB ilə yardım razılaşmasına əməl etmədiyi təqdirdə ticarət sanksiyalarının tətbiqini dəstəkləyəcəyini bildirib.