AZ

İranla sərhəddə PUA vasitəsilə narkotik keçirmə cəhdinin qarşısı alınıb

Azərbaycan sərhədçiləri İran İslam Respublikasından pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumat yayıb.

Hadisə iyulun 28-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarış və əməliyyat tədbirləri zamanı baş verib.

Axtarış zamanı sərhəd zonasından ümumi çəkisi 12 kiloqram 100 qram olan marixuana və 399 ədəd narkotik tərkibli Metadon M-40 həb aşkar edilərək götürülüb.

DSX hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Gülnar 

Seçilən
0
1
anews.az

2Mənbələr