AZ

Qazaxıstan Rusiyaya qarşı sanksiyada dəyişiklik edilməsinə nail olub

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qazaxıstan hökuməti Rusiya limanları ilə Avropa İttifaqı (Aİ) ölkələrinə kömürün tranziti ilə bağlı əməliyyatlara qoyulan qadağaların ləğv edilməsi barədə razılığa gəlib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyindən məlumat verilib.

"2025-ci ilin fevralında Aİ-nin 16-cı sanksiyalar paketi çərçivəsində Rusiyanın bir sıra limanları ilə hər hansı əməliyyatlara qadağa qoyulub. Bu, Qazaxıstan kömürünün Avropa ölkələrinə ixracının davamlılığına təhlükə yaradıb. Məsələn, Ust-Luqa limanı tarixən Qazaxıstan kömürünün Avropaya tranziti üçün əsas məntəqə kimi istifadə edilib", - deyə məlumatda bildirilib.

Bu məsələnin həlli üçün Qazaxıstan hökumətinin nümayəndələri Avropa tərəfi ilə danışıqlar aparıblar. Sanksiyaya müvafiq dəyişikliklərin edilməsi üçün Avropa Komissiyasının ünvanına rəsmi müraciət göndərilib.

"18-ci sanksiyalar paketi çərçivəsində aparılan danışıqlardan sonra Avropa tərəfi Qazaxıstan kömürünün tranziti üçün Rusiyanın bəzi limanları ilə əməliyyatlara qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutan düzəlişlər edib", - deyə məlumatda qeyd edilib.

Eyni zamanda, kömür yalnız Qazaxıstandan çıxmış olmalıdır. Yükə mülkiyyət hüququ məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu ölkələrin qeyri-rezidentlərinə məxsus olmalıdır, limanlar yalnız tranzit, yükləmə və ya göndərmə ərazisi kimi istifadə edilə bilər.

Nazirliyin məlumatına görə, görülən tədbirlər Qazaxıstan kömürünün Aİ-yə tədarükünün bərpasına, eləcə də logistika marşrutlarının dayanıqlılığının gücləndirilməsinə ümid etməyə imkan verir.

2024-cü ildə Qazaxıstanın Aİ-yə kömür ixracının həcmi 5.2 milyon ton və ya ümumi kömür ixracının 51.8%-ni təşkil edib. 2025-ci ilin yanvar-may aylarında ixrac 1.6 milyon ton və ya ümumi kömür ixracının 38.5%-i qədər olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
oxu.az

1Mənbələr