ain.az, Avtosfer saytına istinadən bildirir.
Ötən gün Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyulun 28-i, saat 18:00-da baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunublar.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə - 1980-ci il və 1986-cı il təvəllüdlü pasiyentlərə müvafiq tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti orta ağır olan 1954-cü il təvəllüdlü şəxsin ailə üzvləri tərəfindən yazılı iltizamnaməsi alınıb. Onlar pasiyentə tibbi xidmət göstərilməsindən imtina ediblər", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, VAZ-2107 və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində həyatını itirib, digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.