AZ

Paşinyan hücuma hazırlaşır: Sürprizlər olacaq

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Ermənistan Baş naziri Nikol Paşinyan hələ də tərəfdarları ilə bütün ermənilərin katolikosu II Qareginin iqamətgahına daxil olmaq və onu vəzifəsindən kənarlaşdırmaq niyyətindən əl çəkməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

“Bizdə olan məlumata görə, Paşinyan komandasına bunun yoxlanılmış, 100 faiz nəticəni təmin edəcək və diqqətlə hesablanmış plana uyğun aparılmalı olduğunu söyləyib. Hakimiyyət əmindir ki, Paşinyanın katolikosu devirmək planı gec-tez həyata keçəcək, bunun üçün sadəcə səbirli olmaq lazımdır.

Baş nazir katolikosun iqamətgahına daxil olmaq üçün konkret vaxt çərçivəsini açıqlamayıb, amma deyib: “Katolikos getməyi nə qədər gecikdirsə, bizim üçün bir o qədər sərfəlidir”.

Hakimiyyətdəki mənbələrimiz əmin edirlər ki, müxtəlif siyasi qüvvələrin bunu etməmək çağırışına baxmayaraq, gec-tez katolikos könüllü istefa verəcək. Hələlik Paşinyan planının təfərrüatlarını komandasına açıqlamasa da, hamı onun əmrlərini nəfəsini kəsib gözləyir”, - erməni nəşri bildirib.

Qəzet əlavə edib ki, Nikol Paşinyan iyulun 28-də uzunmüddətli məzuniyyətə çıxıb və avqustun 15-dək iş başında olmayacaq: “Baş nazirin məzuniyyət zamanı hansı sürprizlər hazırladığını söyləmək çətindir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
sherg.az

3Mənbələr