AZ

Rəqəmsal ekranların göz ağrılarına təsiri artır -ARAŞDIRMA

Harvard Tibb Məktəbi və Seul Milli Universiteti birgə araşdırma aparıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, dünyanın aparıcı tibb müəssisələrindən biri olan Harvard Tibb Məktəbi ilə Seul Milli Universitetinin Tibb Fakültəsi birgə apardıqları araşdırmada rəqəmsal ekranlara uzunmüddətli baxışın göz ağrılarına və görmə problemlərinə səbəb olduğunu elmi şəkildə sübut ediblər.

2024-cü ilin sonlarında tamamlanan bu 3000 iştirakçını əhatə edən araşdırmada, ofis işçiləri, tələbələr və oyunçular daxil olmaqla müxtəlif yaş qruplarından şəxslər iştirak edib. Araşdırma nəticələrinə görə, gündə 4 saatdan çox ekrana baxan şəxslərin 78%-i mütəmadi olaraq göz ağrısı, yanma, quruluq və bulanıq görmə simptomlarından şikayət edir.

Göz ağrılarının əsas səbəbləri: davamlı fokuslanma, göz qırpma sayının azalması və ekrandan gələn mavi işıq, risk faktorları: qaranlıq mühitdə telefon və kompüter istifadəsi, ekranla göz arasındakı məsafənin normadan az olması, qeyri-adekvat işıqlandırma, tövsiyələr: Hər 20 dəqiqədən bir 20 saniyəlik fasilə verib 6 metrlik məsafəyə baxmaq (20-20-20 qaydası), mavi işıq filtrləri, süni göz yaşı istifadəsi və düzgün oturuş duruşunun qorunması.

Araşdırmanın müəlliflərindən biri, Harvard oftalmoloqu Dr. Claire Min, bildirib:

“Göz ağrısı artıq təkcə yaşlıların problemi deyil. Smartfon istifadəsi artdıqca, bu problem 10 yaşlı uşaqlarda da müşahidə olunur. İnsanlar texnologiyanı idarə etməli, texnologiya onları yox".

Mütəxəssislər, bu tip ağrıların uzun müddət davam etməsi halında optometrist və ya oftalmoloqa müraciət edilməsini tövsiyə edir.

Nuriyyə NATİQQIZI

Seçilən
1
1
redaktor.az

2Mənbələr