AZ

Aİ Ukraynanı maliyyə yardımını dayandırmaqla hədələyir

Ali Rada müstəqil antikorrupsiya orqanlarını bərpa etməsə, yardım dayandırılacaq...

Poliqon xəbər verir, Avropa İttifaqı Ukraynaya maliyyə yardımının tam dayandırılacağı ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıq, Ukrayna parlamentinin 31 iyulda keçiriləcək iclasında NABU (Milli Antikorrupsiya Bürosu) və SAPP-ın (Xüsusi Antikorrupsiya Prokurorluğu) müstəqilliyini bərpa edəcək qanun layihələrini qəbul etməyəcəyi və ya bu layihələrə bərpa prosesini zəiflədəcək dəyişikliklər ediləcəyi ehtimalı ilə əlaqədardır.

"Yevropeyskaya pravda" nəşrinin məlumatına görə, Avropa İttifaqı rəsmiləri 24 iyulda diplomatik kanallar vasitəsilə Ukraynanın baş nazirinin birinci müavini Yuliya Sviridenkonun hökumətinə bildiriblər ki, vəziyyət düzəlməyənədək bütün maliyyə dəstəyi dayandırılır. Mənbəyə əsasən, "hamı prosesi dayandırıb və düzəlişlər gözləyir".

Əgər müvafiq qanun qəbul olunmasa, Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına ayrılacaq kreditlər, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankının (EIB) maliyyələşməsi dayandırılacaq. Bununla belə, "Yevropeyskaya pravda" qeyd edir ki, Ukraynanın həyata keçirdiyi islahatlardan asılı olan "Ukraine Facility" proqramı üzrə ödənişlərin dondurulması gözlənilmir.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr