İran Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqların gedişinə təsir göstərməyə çalışmır və ABŞ prezidenti Donald Trampın bunun əksi barədə bəyanatları İsrail hakimiyyətinin hərəkətlərini dəstəkləmək məsuliyyətindən yayınmaq istəyi ilə bağlıdır/
Sitat.info xəbər verir ki, bu sözləri İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“İslam Respublikasının danışıqlar prosesinə müdaxiləsi ilə bağlı hər hansı bəyanatlar tamamilə əsassızdır və sionist rejimin (İsrail nəzərdə tutulur) Fələstin xalqına qarşı törətdiyi cinayətlərdə ABŞ-ın şərikliyinə görə məsuliyyətdən yayınmaq cəhdidir. Bu cinayətlərə qadın və uşaqlar da daxil olmaqla 60 min günahsız insanın qətlə yetirilməsi, son aylarda Qəzza zolağının mühasirəsinin gücləndirilməsi, Qəzza zolağının sakinlərinə insan yardımının dayandırılması, Amerika şirkəti tərəfindən yaradılmış yardım paylama məntəqələrində qurulan ölüm tələlərində susuzluqdan, aclıqdan əzab çəkən öldürülməsi daxildir” -IRNA agentliyi onun sözlərindən sitat gətirir.
İran diplomatı qeyd edib ki, İslam Respublikası dünyanın əksər ölkələri kimi Qəzza zolağında törədilən soyqırımı qəti şəkildə pisləyir və hərbi əməliyyatların dayandırılmasına və anklavdakı fələstinlilərin vəziyyətinin yaxşılaşmasına səbəb olacaq istənilən təşəbbüsləri dəstəkləyir.
İyulun 28-də Tramp Tehranın öz nüvə potensialını bərpa etməyə çalışdığına inanarsa, ABŞ-ın İranın nüvə obyektlərinə ikinci zərbə endirməyə hazır olduğunu bəyan edib. Bundan əvvəl də Ağ Evin rəhbəri Tehranı HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəsin bərqərar olunması üçün danışıqlara təsir göstərməyə çalışmaqda ittiham edib.
Nigar,
Sitat.info