AZ

Vilayətinin Zəngəzur dəhlizi açıqlaması... - Regionda yeni geosiyasi mübarizə başlayır?

İranın dini liderinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıqlama verib...

Politoloq: “Zəngəzur dəhlizi ilə əlaqədar geosiyasi maraq toqquşmaları təbii ki, var və hazırda daha mürəkkəb xarakter alıb”.

“Əli Əkbər Vilayətinin açıqlaması absurddur, heç bir məntiqi əsası yoxdur”.

Bu sözləri politoloq Əli Zülfüqaroğlu İranın dini liderinin müşavirinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini şərh edərkən qeyd edib.

İranın dini liderinin müşaviri Əli Əkbər Vilayəti Ərdəbildə Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıqlama verib. O, bildirib ki, dəhlizin arxasında ABŞ, NATO və sionistlər, o cümlədən pantürkist dairələr dayanır və əlavə edib ki, Zəngəzur dəhlizi İranının milli təhlükəzisliyini zəiflətmək üçün ortaya atılıb. Vilayətiyə görə, bu layihə əslində nə regional inteqrasiyaya, nə iqtisadi sabitliyə, nə də xalqların rifahına xidmət edir. Əksinə, guya layihənin məqsədi İranı, Rusiyanı və Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaqdır.

Maraqlıdır ki, İranın dini lideri Əli Əkbər Vilayəti dolayısı lə ötən əsrin əvvəlində Zəngəzurun Azəbaycandan alınaraq Ermənistana verilməsini pantürkizmlə əlaqələndirib. Bu isə Ermənistanın hələ də türk əleyhinə alət olduğunu bir daha göstərir. Digər tərəfdən pantürkizmdən durmadan danışan və ən əsas ölkə olaraq görünən fars və rus şovinistləri unudurlar ki, artıq imperalizm süni dövlətlər yaratmaqla türklərin coğrafi və mənəvi birliyinin qarşısını ala bilməyəcəklər.

Vilayətinin açıqlamalarında diqqət çəkən məsələlərdən biri də regoinda yeni geosiyasi mübarizənin başlaması lə bağlı verdiyi işarətlər idi. Bu geosiyasi mübarizə artıq yeni və qanar mərhələyə qədəm qoyur. İsraillə 12 günlük müharibədən ağır mğlubiyyət və yaralarla çıxan İranın isə bu mübarizədə qalib gəlməsi imkansız görünür. Odur ki, Vilayətinin sızlamalarını da başa düşmək olar.

İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini Poliqon-un əməkdaşı politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.

Əli Zülfüqaroğlu: “Bu vaxta qədər baş verənlər onu deməyə əsas verir ki, İranın indiyə qədər yürütdüyü siyasət Tehrana ciddi ziyan verib”.

Bütün manipulyasiyalara rəğmən Azərbaycanın öz siyasətindən geri dönməyəcəyini vurğulayan politoloq Poliqon-a açıqlamasınd qeyd edib ki, Azərbaycan Naxçıvana maneəsiz gedib-gəlişə nail olacaq və bu nə İranın, nə də Ermənistanın suverenliyi üçün təhlükə yaratmır: “Zəngəzur dəhlizi ilə əlaqədar geosiyasi maraq toqquşmaları təbii ki, var və hazırda daha mürəkkəb xarakter alıb. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilk növbədə beynəlxalq hüququn normalarına tamamilə uyğundur və bu Azərbaycanın haqlı tələbidir. Azərbaycan digər ərazilərindən Naxçıvana gediş-gəlişin təmin olunmasına çalışır və bu kifayət qədər ədalətli yanaşmadır.

Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması 10 Noyabr bəyanatında da yer alıb. Azərbaycan Rusiyadan tələb edirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana təzyiq etsin. Lakin bu baş vermədi.
Eyni zamanda İran Rusiyaya təzyiq edirdi ki, Moskva İrəvana 10 Noyabr bəyanatının yerinə yetirilməsinə görə təzyiq etməsin. Beləliklə də, Rusiya bu məsələyə loyal yanaşdı və nəticədə proses uzandı, daha mürəkkəb xarakter almağa başladı.

Azərbaycan Naxçıvana maneəsiz gediş-gəlişin olması üçün diplomatik səylərini artırdı. Təbii ki, İran müxtəlif cəhdlərlə prosesin qarşını almağa çalışırdı və müxtəlif bəhanələr irəli sürürdü. Tehran bunu dövlətlərin sərhədləri dəyişdirməsi kimi xarakterizə edirdi. İndi isə buju İranın milli maraqlarına təhdid kimi dəyərləndirir. Təbii ki, İranın daxilində radikal quruplar İranın ənənəvi siyasətinin davam etdirilməsində maraqlı görünürlər. Buna görə də, qonşu dövlətlərlə münasibətlərini pis olmasından maraqlıdırlar.

O cümlədən, radikal qruplar Azərbaycanla İranın münasibətlərinin müsbətə doğru inkişaf etməsinə qarşı çıxırlar. Təbii ki, İran daxilində də bu ciddi ziddiyyətlər yaradır. Xüsusilə prezident Pezişkianın qonşu dövlətlərlə münasibətlərin normallaşması və inkişafı ilə bağlı təlimatlar verdiyi mətbuatda yer alır. Bu da onu göstərir ki, İran daxilində mühafizəkarlarla, islahatçılar arasında ciddi qarşıdurmalar mövcuddur. Əslindən İran daxilində sağlam siyasətin tərəfdarı olan islahatçılara qarşı radikal siyasəti dəstəkləyən, xüsusilə SEPAH daxilində müəyyən qruplar tərəfindən ciddi təzyiqlər var. Müxtəlif dönəmlərdə tərəflərin islahatçılara qarşı kampaniya aparmasını müşahidə olundu.

Əli Zülfüqaroğlu: “İran daxilində mühafizəkarlarla, islahatçılar arasında ciddi ziddiyyətlər mövcuddur”.

Bu vaxta qədər baş verənlər onu deməyə əsas verir ki, İranın indiyə qədər yürütdüyü siyasət Tehrana ciddi ziyan verib. "İsraili yer üzündən siləcəyik" açıqlamaları ilə İsrailə radikal qrupların bəhanələr verməsinin nəticəsi Tehran üçün çox ağır oldu. Təəssüflər olsun ki, İran daxilində müəyyən qruplar ənənəvi siyasətin davam etməsində maraqlı görünürlər.

Əli Zülfüqaroğlu əlavə edib ki, Əli Əkbər Vilayətinin açıqlaması absurddur, heç bir məntiqi əsası yoxdur. Heç bir təzyiqə və eyni zamanda manipulyasiyaya rəğmən Azərbaycan öz siyasətindən geri dönməyəcək. Azərbaycan Naxçıvana maneəsiz gedib-gəlişə nail olacaq və bu nə İranın, nə də Ermənistanın suverenliyi üçün təhlükə yaratmır. Hesab edirəm ki, bunun üçün zəmin var. Bölgədə yeni geosiyasi reallıqlar var və Azərbaycan diqtə edən tərəfdir. İstər hərbi, istər diplomatik baxımdan Azərbaycan proseslərə təsir etmək gücünə sahibdir.

Onu da qeyd edim ki, Azərbaycanın Türkiyə ilə münasibətləri ən yüksək səviyyəyə çatıb. Bu da təbii ki, Azərbaycana ciddi təzyiq kartları və manevr imkanları verir”.

Nərminə Umudlu
Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr